Azərbaycandan bu ölkələrə getmək təhlükəli elan edildi – SİYAHI
Xeyli özəl və dövlət şirkəti əməkdaşlarına Yaxın Şərqin bir neçə ölkəsinə Azərbaycandan səfərləri dayandırmaqla bağlı xəbərdarlıq edib.
Bu ölkələrin sırasında Bəhreyn, İran, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və s. var.
Maraqlıdır ki, bu siyahıda hazırda münaqişə olmayan ölkələr də yer alır.Amma yenə də ora getmək riskli sayılır. Belə çıxır ki, Yaxın Şərq getdikcə alov topuna çevrilir? Bölgə bütövlükdə riskli elan ediləcək?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov bu qərarın maraqlı olduğunu bildirib.
Onun fikrincə, doğrudan da Yaxın Şərq “alov topuna” çevrilə bilər:
“Bəli, xeyli özəl və dövlət şirkətlərinə Yaxın Şərqin bir neçə ölkəsinə səfər etməməklə bağlı xəbərdarlıqlar edilib.
Həmin ölkələrin siyahısında Oman, Qətər, Bəhreyn, İran, İraq və bir neçə ölkələrin adı çəkilir. Bu ölkələrin çoxunda hazırda faktiki olaraq münaqişə yoxdur. Lakin buna baxmayaraq, həmin ölkələrə də getmək məqsədəuyğun sayılmır. Bu nəyə işarədir, nəyin ifadəsidir, çox maraqlıdır”.
Deputat deyib ki, hazırda bizim şirkətlərin Şaxın Şərqə səfər etməsi doğru olmaz:
“Belə çıxır ki, İsrail-Fələstin, İsrail-“Hizbullah”, İsrail-İran arasında potensial müharibə məsələləri Yaxın Şərqdə “barıt çəlləyini” partlada bilər. İsraillə Fələstin, İran və Livan arasındakı qarşıdurma digər ölkələri də əhatə edə bilər. Bir qığılcım kifayət ola bilər ki, region alova bürünsün. Bütün bu reallıqların fonunda Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl şirkətlər əməkdaşlarının Yaxın Şərqin hətta münaqişə olmayan bölgələrinə səfəri məqsədəuyğun hesab olunmur”.
Bu xəbər üçün şərh yazın