"Azərbaycanın Ukraynaya çox vacib humanitar yardımını alqışlayıram" -

"Azərbaycanın Ukraynaya çox vacib humanitar yardımını alqışlayıram" - Stoltenberq

"Ukrayna Qara dəniz ölkəsidir. Bu, NATO-nun tərəfdaşı olan ölkədir. Rusiya isə Ukraynaya qarşı müharibəni davam etdirir".

Report.az-ın məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“NATO müttəfiqləri davam edən müharibənin nəticələrindən son dərəcə narahatdırlar. NATO müttəfiqləri Ukraynaya dəstək verir. Mən çox ehtiyac duyulan humanitar yardıma gəldikdə, Azərbaycanın da Ukraynaya göstərdiyi çox vacib dəstəyi alqışlayıram. Amma daha çox dəstəyə ehtiyac var, çünki Ukraynada vəziyyət son dərəcə ağırdır”, - o deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər