"Azərbaycanın yaratdığı imkanlardan Ermənistanın yararlanmaq istəməməsi tarixi səhv olacaq"

"Azərbaycanın yaratdığı imkanlardan Ermənistanın yararlanmaq istəməməsi tarixi səhv olacaq" -Aqiyə Naxçıvanlı

"2023-cü ilin dekabr ayında dünya ölkələrinin yekdil qərarı ilə bu il keçiriləcək BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etmək hüququ Azərbaycana verilmişdir.


Etiraf olunmalıdır ki, artıq uzun illərdən bəri istənilən bir sahədə ən mötəbər beynəlxalq tədbirləri keçirmək təcrübəsini əldə edən ölkəmizin COP29-u da Azərbaycanın adına və nüfuzuna layiqli səviyyədə təşkil edəcəyinə və hətta bu Konfransın keçirilməsi proseduruna yeni, daha yüksək standartlar gətirəcəyinə bu gün heç kim şübhə etmir.Aprelin 23-də ADA Universitetində öz işinə başlamış “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda aparılan müzakirələr də dünyanın COP29-dan kifayət qədər böyük gözləntilərinin olduğunu deməyə əsas verir.Beynəlxalq forumda iştirak edən cənab Prezident İlham Əliyev COP29-un çox böyük məsuliyyət olduğunu və burada söhbətin təkcə təşkilati məsələlərdən deyil, həmçinin nəticələrin əldə edilməsindən də getdiyini vurğuladı."


Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat  bildirib ki, Prezident İlham Əliyevin tədbir iştirakçılarının suallarını cavablandırarkən təqdim etdiyi detallı açıqlamalar bir çox önəmli məqamlara aydınlıq gətirib.A.Naxçıvanlı xüsusilə dövlət başçısının sinerji layihələri ilə bağlı səsləndirdiyi fikirlərin böyük marağa səbəb olduğunu vurğulayıb: "Azərbaycan zəngin qazıntı yanacağı ehtiyatlarına malik ölkədir. Bu status Azərbaycana Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə önəmini artıran aparıcı mövqelərdən birini tutmaq imkanı verib.Təbii ki, bu gün planetar miqyasda problemlər yaradan iqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli istiqamətlərindən biri də yaşıl enerjiyə keçidi nəzərdə tutur. Lakin bu məsələ heç də yaxın gələcəkdə, həm də kəskin keçidlə öz həllini tapacaq bir məsələ deyil. 

Cənab Prezident İlham Əliyev bu mövzuda ona verilən növbəti suallardan birini cavablandırarkən birmənalı olaraq bəyan etdi ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq və bunun əksini söyləmək sadəlövhlük olardı. Bu gün dünya iqtisadiyyatının, qlobal miqyasda sənayenin bərpaolunan enerji növlərinə keçidə hələ hazır olmadığı nəzərə alınmalıdır. Belə olan vəziyyətdə isə əlbəttə ki, ən yaxşı yol dövlət başçımızın təklif etdiyi kimi, əlçatmaz hədəflər qoymaq yox, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Azərbaycan artıq bir neçə müddətdir ki, bunu edir. Keçən ilin oktyabrında ölkəmizdə 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışı baş tutdu. Bu il üçün isə cənab Prezident əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməlinin qoyulacağını anonsladı. Həm də qeyd olundu ki, bu, sadəcə bir başlanğıcdır. Çünki Azərbaycanın həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialı var. Buraya su elektrik stansiyaları da əlavə olunsa Azərbaycan elektrik enerjisi istehsalı üçün istifadə etdiyi qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcək."


A.Naxçıvanlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə Ermənistan üçün çox cəlbedici təkliflərin yer aldığını və rəsmi İrəvan üçün ona Azərbaycan tərəfindən yaradılan imkanlardan yararlanmaq şansını əldən buraxmağın tarixi səhv olacağını vurğulayaraq bunları deyib: "Möhtərəm dövlət başçımız Zəngəzur dəhlizindən bəhs edərkən bu layihənin əslində Ermənistana zərurətinin heç də Azərbaycandan az olmadığını açıq mətnlə qeyd etdi. Cənab Prezident Zəngəzur dəhlizinin sadəcə dəmir yolu və avtomobil yolu deyil, eyni zamanda həm də elektrik kabeli, qaz boru kəməri funksiyalarını da daşıya biləcəyini diqqət mərkəzinə çəkdi. Təbii ki, bu halda Azərbaycan Naxçıvanın elektrik enerjisi və təbii qazla təchizatında xeyli irəliləyəcək. Lakin Ermənistan da bu layihələrdən maksimum yararlana bilər. Həmçinin Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə də qoşulmaq istəyir, çünki bu nəhəng layihə də əlavə enerji imkanlarını yaradacaq. Lakin bu şansı əldə etmək üçün Ermənistan yenə də Azərbaycanla münasibətlərini nizamlamalıdır ki, bunun da əsas şərtlərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bütün bu proseslərə start verə biləcək başlanğıc nöqtə isə yalnız sülh sazişinin imzalanmasıdır ” – deyə, Aqiyə Naxçıvanlı qeyd edib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi