Azərbaycanlı gənc BMT-nin Beynəlxalq Hüquq Komissiyasında təcrübə keçib

Azərbaycanlı gənc BMT-nin Beynəlxalq Hüquq Komissiyasında təcrübə keçib 

Azərbaycanlı gənc Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Hüquq Komissiyasında təcrübə keçib.

Faktinfo.az Oxu.az-a istinadən xəbər verir ki,orta məktəbi qızıl medalla bitirmiş, Prezident təqaüdçüsü Ayxan Dadaşov BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 2024-cü ilin iyul-avqust aylarında baş tutan 75-ci sessiyasında Beynəlxalq Hüquq Komissiyasının üzvü Professor Klaudio Qrossmanın Hüquqi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. Bu müddət ərzində o, Komissiyanın plenar iclaslarında iştirak etmiş və beynəlxalq hüququn müxtəlif sahələri üzrə müvafiq araşdırmalar aparıb.

Ayxan Dadaşov Hüquqşünaslıq üzrə bakalavr dərəcəsini 2023-cü ildə ADA Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə, Beynəlxalq hüquq üzrə magistr dərəcəsini isə 2024-cü ildə "Global Talent Development" təqaüdü ilə təhsil aldığı Amerikan Universitetini fərqlənmə ilə bitirərək əldə edib.

Ayxan Dadaşovun beynəlxalq hüququn müxtəlif sahələri üzrə elmi məqalələri aparıcı akademik jurnallarda nəşr olunub. O, həmçinin Amerika Beynəlxalq Hüquq Cəmiyyətinin üzvüdür.

Qeyd edək ki, Beynəlxalq Hüquq Komissiyası BMT-nin nəzdində fəaliyyət göstərən və beynəlxalq hüququn təkmilləşdirilməsi və kodifikasiyasına məsul olan qurumdur.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi