Azərbaycanlı professorun kitabı dünyanın ən iri elmi nəşriyyatında dərc olunub – FOTO

Azərbaycanlı professorun kitabı dünyanın ən iri elmi nəşriyyatında dərc olunub – FOTO 

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., professor Elşad Məmmədovun Rusiyanın Xalqlar Dostluğu Universitetinin kafedra müdiri, professor İ. Andronova və tədqiqatçı K. Andronovla birlikdə həmmüəllif olduğu “Sustainable Development Risks and Risk Management” adlı monoqrafiyası Avropa və dünyanın ən iri və aparıcı beynəlxalq elmi nəşriyyatı “Springer”də ingilis dilində dərc olunub.

Kitabda Rusiya və Azərbaycan arasında xarici iqtisadi əlaqələrdə əmtəə və xidmətlərin ikitərəfli ticarət axınının, onun rolunun, dinamikasının və strukturunun təhlili, Avrasiya inteqrasiya prosesləri baxımından ticarət maneələrini və strateji əhəmiyyətli, perspektivli ticarət əməkdaşlığı sahələrinin müəyyən olunması, perspektivli ticarət əməkdaşlığı istuqamətlərinə əmtəə axınını müşayiət edən və kommersiya xidmətlərində ticarəti gücləndirən logistika layihələri yer alıb.

Monoqrafiyada ticarət konsentrasiyası və ticarət potensialı indekslərindən istifadə etməklə ikitərəfli ticarətin sistemli təhlili aparılıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi