Azərbaycanlı tələbə Albert Eynşteynin məzun olduğu universitetə qəbul olundu - FOTO
ADU-nun məzunu Vüsal Hümbətzadə İsveçrənin Sürix Universitetinə qəbul olunub.
Faktinfo.az saytı xəbər verir ki,bu barədə İsveçrənin təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.
Qeyd edək ki, V.Hümbətzadə daha əvvəl bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub.O, bu il İsveçrənin Sürix universitetində baş tutan qlobal yarışda Azərbaycanı təmsil edərək 1-ci yeri tutub.
Xatırladaq ki, ETH Zurich (Sürix Federal Texnologiya Universiteti) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb və Albert Eynşteyn də həmin universitetdə məzun olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın