“Azercell”ə başucalığı gətirməyənlər

“Azercell”ə başucalığı gətirməyənlər 

Son illər paytaxtın müxtəlif yerlərində quraşdırılan “Press-köşk”lər “Azercell”in nüfuzuna kölgə salmaqla məşğuldur.

Belə ki, qəzet köşkündən çox mini marketləri xatırladan bu cür obyektlərdə sim konturlar nəzərdə tutulduğundan baha qiymətə satılır. Daha dəqiq desək, 1 manatlıq konturdan 10 qəpik, 2 və 5 manat aralığındakı konturlara görə isə əlavə 20 qəpik tələb edilir.

Faktinfo.az xəbər verir ki,paytaxtdakı “Press köşk”lərin demək olar ki, 40-50%-də bu cür hallara rast gəlmək mümkündür.Belə vəziyyət yüz faiz kütləvi hal almadığından, bəlkə də, “Azercell” rəhbərliyinin bu cür neqativ hallardan xəbəri yoxdur. Ancaq bu yazıdan sonra ümid edirik ki, məsələ ilə bağlı lazımi ölçü götürüləcək.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi