"AzerGold" QSC tərəfindən 2000-ci xəlitə istehsal edilib
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2000-ci xəlitə istehsal edilib. Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl və gümüş tərkibli xəlitənin çəkisi 21 kq-dır.
Xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ilk xəlitə tökümü 2016-ci ilin 13 oktyabr tarixində həyata keçirilib. QSC hazırda Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.
Xatırladaq ki, bugünədək Səhmdar Cəmiyyət tərəfindən hasil edilmiş 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsinə ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox vəsait cəlb edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın