
"Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
Soyuq günlərdə mövcud hava şəraiti nəzərə alınmaqla Azəristiliktəchizat ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək və beləcə, istilik təminatı daha bir neçə gün davam edəcək.
Bu sözləri mətbuata ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Qeyd edək ki, qanunvericiliyə görə, Bakıda və aran rayonlarında istilik mövsümü 15 apreldə başa çatır.
Bakıda hava temperaturunun ən azı 18 aprelə qədər iqlim normasından aşağı olacağı gözlənilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın