AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-

AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib- - FOTOLAR

Faktinfo.az xəbər verir ki,Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilmiş yüksək dövlət mükafatlarının təqdimat mərasimi keçirilib.

Tədbirdə mükafatları elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Çıxışı zamanı nazir AzMİU-nun 50 illik yubileyinin ölkənin ali təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb, universitetin keçdiyi inkişaf yolunu xatırladıb.

Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova da çıxış edib.O,Universitet kollektivinə göstərilən ali diqqət və etimada görə dövlət başçısına minnətdarlığını bildirib, Prezidentə ölkəmiz və xalqımız naminə yeni-yeni qələbələr arzulayıb. 

Rektor vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir.

Tədbirin sonunda elm və təhsil naziri, nazir müavinləri və yüksək dövlət mükafatına layiq görülən AzMİU əməkdaşlarının iştirakı ilə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki,Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə mükafat təqdim edilən əməkdaşları arasında Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova da var.O,bir müddət əvvəl “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-AzMİU-nun 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına mükafat təqdim edilib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi