"Aztelekom" un direktoru vəzifəsindən azad edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Aztelekom MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.
Bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Hələlik onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın