Bağlanan 4 bankdan sonra: “Kredit faizləri daha da artacaq” - ekspert danışır
“4 bankı ən pis zamanda bağlayan Mərkəzi Bank anladı ki, bu ümumi bank sektoruna ciddi psixoloji zərbədir” .
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Azərbaycanda öncədən planlama yoxdur, bu səbəbdən iş görülür, sonra onun fəsadlarını aradan qaldırmağa çalışırlar:
“Mərkəzi Bank əmanətçiləri sakitləşdirmək üçün əmanətlərin sığortalanması faizini 10%-dən 12%-ə qaldırdı. Yəni indi vətəndaşların 12%-lə qoyduğu əmanətlər də sığortalanacaq, əvvəl bu hədd 10% idi. Bu qərar əmanətçilərə sərf edir, amma bu qərardan sonra kreditlərin faizi də artacaq.
Bankların kredit portfelində əmanətlərin payı 70% civarındadır. Hazırda ölkədə kredit faizləri çox yüksəkdir, bu qərardan sonra daha da yüksələcək. Amma normal ölkələr böhrandan çıxmaq üçün tam tərsini edir. Kreditləri ucuzlaşdırır ki, iqtisadiyyat canlansın.
Məmləkətdə çox şey tərsinədir, hələ də "Günəş" sözünü normal oxuyan idarəetmə fəlsəfəsini görə bilmirik...”/
Bu xəbər üçün şərh yazın