Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı bu tarixdə olacağı gözlənilir

Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı bu tarixdə olacağı gözlənilir 

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək.Bununla bağlı mərasim Gürcüstanın Axalkalaki dəmir yolu stansiyasında baş tutacaq.

Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihə rəsmi istifadəyə verilməyib. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi