Bakıda dələduzluq edən “çete”ni kim qoruyur?

Bakıda dələduzluq edən “çete”ni kim qoruyur? 

Azərbaycanda mövcud olan sabitliyin təmin olunmasında, krimonogen vəziyyətin nəzarətdə saxlanılmasında Daxili İşlər Nazirliyinin müstəsna rolu var.

Sabitliyin pozulmasında, krimonogen vəziyyətin nəzarətdən çıxmasında maraqlı olan qüvvələrin də bütün dünyada əsas hədəfi hüquq-mühafizə orqanları olur. Azərbaycan da istisna deyil və belə cəhdlər zaman-zaman müşahidə olunur.

Son zamanlar da belə bir proses hiss olunur. Bu prosesdə hansısa güclər tərəfindən qorunduğu təəssüratı yaranan “çete”lər də var. Belə bir “çete” haqqında “Yeni Sözçü” qəzetinə müdhiş informasiyalar daxil olub. Belə ki, A.Q. Məhərəmmov (təhlükəskzilik məqsədilə dələduzluqla üzləşmiş şəxsin adI, ata adı, soyadını tam açıqlamırıq-müəl.) yeni aldığı avtomobilə dövlət nişan nömrəsi axtarışı zamanı internetdə bu fəaliyyətlə məşğul olan şəxsə müraciət edir. Təxminən yarım saat sonra 055-219-20-18 nömrəli telefondan zəng edilərək, təcili satışda Az 99-ZK-777 dövlət nömrə nişanının olduğu bildirilir. Zəng edən şəxs özünü Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) "Meyvəli” terminalının əməkdaşı kimi təqdim edir. Bildirir ki, Az 99-ZK-777 dövlət nömrə nişanı 3500 manata satılır, 2800 manat da dövlət rəsmiləşdirməsinin xərcidir. Eyni zamanda, Az 99-ZK-777 dövlət nömrə nişanının satışının təcili olduğu üçün əvvəlcə 4098 5844 7175 5049 nömrəli karta 500 manat, sonra da üç min (3000) manatı 055-219-20-18 nömrəli telefon nömrəsinin M10 hesabına keçirməsini istəyir. A.Q.Məhərrəmov həmin pulu 10 yanvarda ödəyir. Bunu sübut edən qəbz var. Daha sonra isə dövlət rəsmiləşdirməsini həyata keçirmək üçün 416973***0288 saylı bank kartına min (1000) manat köçürməsini istəyir. A.Q. Məhərəmmov 416973***0288 saylı bank kartına 11.01.2025-ci il tarixində saat 14:17-də 1000 manat köçürür. Bundan sonra 055-219-20-18 nömrəli telefon nömrəsinin sahibi A.Q.Məhərrəmovun prosesi sürətləndirmək tələbinə müxtəlif bəhanələrlə cavab verir. Günlər keçdikcə A.Q.Məhərrəmov şübhələnməyə başlayır və pulunun qaytarılmasını tələb edir. Bunu sübut edən çoxsaylı vatsap yazışmaları, telefon zəngləri var. Nəhayət 500 manat geri ödənilir. Sonra isə  055-219-20-18 nömrəli telefonla danışan və özünü Rafo kimi təqdim edən şəxs pulun qalanını BDYPİ "Meyvəli” terminalında işləyən Bəhram adlı polis nəfərinə verdiyini, indi isə Bəhrəmın pulu geri qaytarmadığını bildirir.

BDYPİ sözügedən terminalında Bəhram adlı şəxsin işləyib-işləmədiyini bilmirik. Hətta işləsə belə, bu həmin polis əməkdaşının dələduzluqda iştirak etdiyini sübut etmir. Mümkündür ki, həmin terminalda Bəhram adlı şəxs işləyir və dələduzlar da bunu bilir.

A.Q.Məhərrəmov bir mütəşəkkil qrup tərəfindən dələduzluğa məruz qaldığı, dələduzların polis əməkdaşının adından sui-istifadə etdiyini nəzərə alanda, Daxili İşlər Nazirliyi bu cinayətin üstünün tez bir zamanda açılmasında maraqlı olmalıdır. Bunu etmək isə çox asandır. Belə ki, telefon nömrəsi və bank kartının nömrəsi ilə dələduzlar qısa zamanda aşkar oluna bilər.

"Yeni Sözçü" qəzeti olaraq prosesi izləməyə, polis adını cinayət əməllərinə alət edənlərin aqibətinin necə olacağını izləməyə davam edəcəyik.

Arzuman LOĞMANOĞLU

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi