Bakıda polis bölməsinə çırpılan maşında Kəmalə Günəşlinin qızı olub? — Zərərçəkəndən AÇIQLAMA
"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.Az-a verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın