Bakıdan Tiflisə qatarlar hər gün bu saatda yola düşəcək

Bakıdan Tiflisə qatarlar hər gün bu saatda yola düşəcək 

“Azərbaycan Dəmir Yolları” QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

 Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq veriləcək.

ADY mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi