Bakının bəzi ərazilərində beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək

Bakının bəzi ərazilərində beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək - RƏSMİ

Bakıda 1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

“Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub.

O, qeyd edib ki, bu ərazilərdə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək.

"Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq”,- deyə o əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi