Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI

Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI 

Bakının mərkəzi və sıx məskunlaşmış ərazilərindən olan Nəsimi rayonunun mənzil bazarında qiymətlərin ucuzlaşması alıcıların diqqətini çəkib.

Qiymət dinamikasındakı bu dəyişiklikdə bazar tələb-təklif tarazlığının tənzimlənməsi, alıcıların seçim imkanlarının genişlənməsi, eləcə də sahəsi kiçik, köhnə tikili və ya yuxarı-aşağı mərtəbələrdə yerləşən mənzillərin daha münasib məbləğlərə təklif olunması kimi amillər rol oynayır. Eyni zamanda, Nəsimi rayonunun şəhər həyatı baxımından əlverişli şəraiti ərazini daim cəlbedici saxlayır: buradakı mənzillər metro stansiyalarına yaxınlığı, ictimai nəqliyyatın sıx işləməsi, ticarət nöqtələrinin, xidmət obyektlərinin və yaşıl guşələrin əlçatanlığı ilə seçilir.

Hazırda satışda olan elanlara nəzər saldıqda daha münasib qiymət seqmentində bir sıra təkliflərin yer aldığı görünür. Belə ki, “Sahil” metrosu yaxınlığında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı, 22 kvadratmetrlik mənzil 82 000 manata, “Nəsimi” metrosu ətrafında 16 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 1 otaqlı, 32 kvadratmetrlik mənzil isə 88 000 manata satışa çıxarılıb. “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binaların 5-ci mərtəbəsində yerləşən həm 1 otaqlı, 36 kvadratmetrlik, həm də 2 otaqlı, 45 kvadratmetrlik mənzillərin qiyməti 114 000 manat təşkil edir.

Orta qiymət aralığındakı mənzillər də müxtəlif metro stansiyaları ətrafında cəmləşib. “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki 2 otaqlı, 40 kvadratmetrlik mənzil 125 000 manata, “Nəsimi” metrosu ətrafında 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 2 otaqlı, 48 kvadratmetrlik mənzil isə 128 000 manata alıcılara təqdim olunur. Bundan başqa, “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binaların 3-cü mərtəbəsindəki 2 otaqlı, 38 kvadratmetrlik mənzil 132 000 manata, 4-cü mərtəbədəki 2 otaqlı, 35 kvadratmetrlik mənzil 136 000 manata, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, 50 kvadratmetrlik mənzil isə 159 000 manata satışdadır. “20 Yanvar” metrosu yaxınlığında 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 2 otaqlı, 55 kvadratmetrlik mənzil isə 153 000 manata təklif edilir.

Sahəsi nisbətən geniş olan və ya digər mərkəzi stansiyalara yaxın yerləşən mənzillərdə isə qiymətlər bir qədər yüksəkdir. Belə ki, “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 2 otaqlı, 55 kvadratmetrlik mənzil 165 000 manata, 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 3 otaqlı, 75 kvadratmetrlik mənzil 175 000 manata, 13 mərtəbəli binanın 13-cü mərtəbəsindəki 2 otaqlı, 54 kvadratmetrlik mənzil isə 178 000 manata satışa çıxarılıb. Eyni zamanda, “28 May” metrosu ətrafında 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 60 kvadratmetrlik mənzil 170 000 manata, “8 Noyabr” metrosu yaxınlığında 12 mərtəbəli binanın 4-cü mərtəbəsindəki 2 otaqlı, 55 kvadratmetrlik mənzil isə 200 000 manata alıcı gözləyir./yenisabah/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪