Başçı kölgədə, camaat günün altında... - Qaxın icra başçısının fotosu gündəm oldu + FOTO
2010-cu ildən Qax rayonuna başçılıq edən Musa Şəkiliyevin rayonun kəndlərinin birində sakinlərlə keçirdiyi görüş sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sözügedən görüşə dair fotoda icra başçısı və digər rəhbər şəxslər kölgədə, rahat yerdə əyləşdiyi halda, kənd cammatı günün altında oturub.
Ağsaqqal adamların günün altında saatlarla başçının və digərlərinin çıxışlarına qulaq asması bir yana, onlar böyük ehtimalla kəndin uşaq bağçasına aid olan, uşaqlar üçün nəzərədə tutulan kiçik stullara əyləşmək məcburiyyətində qalıblar.
Sosial şəbəkələrdə bu mənzərə icra başçısının yerli əhaliyə qarşı saymazlığı və hörmətsizliyi kimi qiymətləndirilib. Ancaq icra hakimiyyəti orqanlarının əhaliyə münasibətdə törətdikləri digər ciddi qanunsuzluq və özbaşınalıqları nəzərə alsaq, bu mənzərə onların yanında “toya getməlidir”.
AzPolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın