Başçının "işğal etdiyi" rayonda tükürpədən əməlləri-

Başçının "işğal etdiyi" rayonda tükürpədən əməlləri- Bir müddət əvvəl tarixi abidə kompleksini də...

2018-ci ilin iyunun 7-dən vəzifədə olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonu rəsmən işğal edib.

Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a adının çəkilməsini istəməyən rayon sakinləri danışıb.

Onların sözlərinə görə, əvvəllər biznesmen olan Məmməd Məmmədov kənd təsərrüfatında istifadə edilən gübrələrin, dərman preparatlarının satışını həyata keçirən şirkətin rəhbəri olub. Elə ona görə də el arasında “Zəhər Mamed” adını alıb.

Məmmədov icra başçısı kimi fəaliyyətə başlayan gündən rəhbərlik etdiyi və nəzarətində olan şirkətlər vasitəsilə Tovuzun min hektarlarla əkinə yararlı torpaqlarını ələ keçirib.

“Tovuzun ən böyük su rezervuarı olan və yaxın illərdə istifadəyə verilən Yuxarı Öysüzlü və Qazıqulu kəndlərinin ərazisində yerləşən dəryaçadan 2 1000 diametrlik boru qeyri-qanuni şəkildə Məmməd Məmmədovun əkin sahələrini suvarmaq üçün ayrılıb. Son illərdə içməli su qıtlığından əziyyət çəkən rayonların siyahısına Tovuz da daxil olub. Bütün yayı Tovuz əhalisi su qıtlığından əziyyət çəksə də, başçısının əkin sahələri susuz qalmır. Çünki rayonun su mənbələri başçının tarlalarına axıdılır”, - sakinlər vurğulayıb.

Qeyd edilir ki, Azərbaycanın ən böyük və ən potensiallı rayonlarından biri olmasına baxmayaraq, Tovuz bu gün problemləri ilə dolu olan rayonlardan birinə çevrilib:

“Məmməd Məmmədov vəzifədə olduğu 6 il yarım ərzində rayon üçün heç bir iş görməyib. Rayonda işsizlik baş alıb gedir, küçələr bərbaddır. İcra Hakimiyyətinə müraciət etməyin də mənası yoxdur, edilən müraciətlər demək olar, cavabsız qalır. Üz tutacağımız ünvan yoxdur.

Rayonda sahibkarlıqla məşğul olmaq da müşkülə çevrilib. Əkinlə məşğul olan, fermer təsərrüfatı yaratmaq, biznes qurmaq istəyənlər mütləq başçının qılıncının altından keçməlidilər. Orta və böyük sahibkarlar qazandıqları puldan başçıya ənam verirlər. Olmasa, heç kim nə taxıl əkə, nə üzüm bağı sala, nə da başqa iş görə bilər”.

Sakinlər bildirib ki, Tovuzun turizm üçün ən əlverişli obyektləri də M.Məmmədov və adamları tərəfindən rəsmən işğal olunub. Əksər turizm obyektləri Məmmədov və adamlarına məxsusdur:

“Misal üçün, rayonun Kirən kəndində sovet dövründə fəaliyyət göstərmiş yay pioner düşərgəsi də icra başçısının şəxsi obyektinə çevrilib. Məmmədov düşərgəni ələ keçirərək, şəxsi əmlakı kimi istifadə edir”.

***

Faktinfo.az onu da xatırladır ki,Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi altında bir müddət əvvəl rayonun Qala Düzü adlanan ərazisində yerləşən abidə kompleksinin ərazisinin də, rəhmətə getmiş bələdiyyə sədrinin imzasıyla əvvəlki tarixə rəsmləşdirilərək,saxta hərrac yolu ilə satıldığına dair ölkə saytlarında məlumatlar dərc edilmişdi.Qeyd edilirdi ki,Şəhərgah adlı həmin tarixi abidələr əvvəlcə saxta cinayət yolu ilə Mirzəyey Həsən adlı şəxsə satılıb.Çoxsaylı şikayətlərdən  sonra,Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun təsiri altından çıxa bilməyən,başlarını itirən aidiyyəti qurumlar həmin tarixi abidələrin sonradan Süleymanova Rasimə İsgəndər qızına məxsus olduğunu bildirmişlər.Maraqlıdır ki, araşdırma zamanı həmin şəxsin Tovuz rayonunun  Vahidli kənd sakini olmadığı da müəyyənləşmişdi.

Halbu ki,Qala Düzü adlanan ərazidə yerləşən abidə kompleksi  Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır və inventar nömrəsi 6045, 6046 və 6050-dir. Yəni hökumətin qərarı ilə dövlət qeydiyyatına alınmış tarixi abidə hərraca çıxarıla bilməz.

Orta əsrə aid olan həmin tarixi abidələr haqqında saytlarda məlumat yayıldıqdan sonra,Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları qeyd olunan ərazidə təkrar araşdırma işi aparmış və araşdırmanın ilk günündə orta əsrə aid yaşayış evi tapılması təsdiqlənmişdir.

Təəssüf ki, tarixi abidələrin ərazisinin bu gün də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun havadarlığı ilə zəbt altında olduğu,Mədəniyyət Nazirliyinin isə oranı boşalda bilmədiyi,sadəcə ərazinin tarixi abidələrə aid olduğuna dair akt tərtib etməklə kifayətləndiyi ortadadır.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi