Bayden, Harris, yoxsa Tramp?

Bayden, Harris, yoxsa Tramp? 

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Ekonomist" jurnalı ilə "YouGov" ictimai rəyin öyrənilməsi institunun apardıqları sorğunun nəticəsinə görə,Demokratlar partiyasının tərəfdarlarından 73%-i vitse-prezident Kamala Harrisin ABŞ-ın indiki lideri Co Baydeni noyabr ayında keçiriləcək prezident seçkilərində əvəz etməli olduğunu düşünürlər.

Rəyi soruşulan demokratların 48%-i Harrisin eks-prezident Donald Trampa qalib gələ biləcəyi fikrindədirlər.

Demokratlar partiyasının tərəfdarı olan respondentlərin 80 %-ə qədəri onun zərurət yaranacağı təqdirdə,ABŞ Prezidentinin vəzifələrini icra edə biləcəyinə inanırlar.

Hər iki partiyadan olan respondentlərin 58%-ə qədəri Baydenin seçkilərdə namizəd olacağı təqdirdə,Trampın qalib gələcəyi fikrindədirlər.Rəyi soruşulan amerikalıların təqribən 66 faizi Baydenin namizədliyini geri götürməli olduğu qənaətindədirlər. Eyni zamanda hər iki partiyadan olan respondentlərin 69%-i onun namizədliyini geri götürəcəyinə də  inanmırlar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi