Bayden prezident seçkilərində Kamala Harrisi dəstəklədiyini bildirdi
Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
O, "X" səhifəsindəki paylaşımında bildirib.
"2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır", - paylaşımda deyilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın