"Bayer"in baş məşqçisi "Qarabağ"dan DANIŞDI: "Cavab oyununda..."

"Bayer"in baş məşqçisi "Qarabağ"dan DANIŞDI: "Cavab oyununda..." 

"Bayer"in baş məşqçisi Xabi Alonso "Qarabağ"la keçirdikləri matç haqqında danışıb.

Məşqçi oyunun çətin keçdiyini bildirib:

Əsəbi və çətin matç oldu. İlk hissədə əlimizdən gələni edə bilmədik. "Qarabağ" güclü komandadır. Cavab oyununda nə olacağını demək çətindir. "Qarabağ" uzun müddətdir ki, avrokuboklarda çıxış edən komandadır. Onların Çempionlar Liqasında “Atletiko Madrid”lə oyunlarına baxdım. Bu komandada baş məşqçinin əməyi göz qabağındadır”.

Xatırladaq ki, komandalar arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu martın 14-də baş tutacaq. Oyun Leverkuzendəki "Bay Arena"da keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər