"Baykar"dan hard disk oğurladı - HƏBS OLUNDU
Türkiyənin "Baykar" şirkətindən 4 hard disk oğurladığı müəyyən edilən Ahmet Anıl həbs olunub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 2 ay əvvəl "Baykar"ın PUA fabrikinin informasiya texnologiyaları şöbəsində təcrübəçi kimi işə başlayan Ahmet Anılın üzərindən şirkətə məxsus 4 hard disk aşkar edilib.
Hadisə yerinə gələn polis şübhəli şəxsi nəzarətə götürüb.
Məlumata görə, Ahmet Anıl 2017-ci ildə kafelərin birindən noutbuk oğurlayıb. O, sözügedən diskləri satmaq üçün oğurladığını etiraf edib.
A.Anıl məhkəmənin qərarı ilə həbs edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın