Bayrağımız qürurumuz, konstitusyamız hüququmuzdur

Bayrağımız qürurumuz, konstitusyamız hüququmuzdur 

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrariqtisadiyyat, Aqrobines və idarəetmə fakültələrində “Bayrağımız qürurumuz,Konstitusiyamız hüququmuzdur” adlı tədbir keçirilib. İctimai elmlər vəmultikulturalizm kafedrasının əməkdaşları tərəfindən hazırlanan tədbir Dövləthimni ilə başlayıb.

Faktinfo.az xəbər verir ki,ADAU-nun mətbuat xidmətinin məlumatına görə tədbiritəhsil müəssisəsinin prorektoru Aidə Qasımova açıb və bildirib ki, ölkəmizdə dövlət rəmzlərinəən yüksək səviyyədə hörmət və ehtiram göstərilir. Ən müqəddəs rəmzlərdən olanbayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və onasahib çıxmaq bacarığının əsas göstəricisidir.

 İctimai elmlər vəmultikulturalizm kafedrasının müdiri, professor Azad Bayramovçıxışında özünütəsdiq simvolu olan bayrağımızın  bütün dünyada qürur və güvənc yeri sayıldığınıdeyib və bayrağımızın tarixi barədə ətraflı məlumat verib. Professor onu daəlavə edib ki, Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıqmücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, özistiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrənglibayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusimünasibət tarix boyu özünü qabarıq göstərib, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrənglibayraqhəm də xalqımızın azadlıq məfkurəsinə,milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Kafedranın baş müəllimiSevda Abdullayeva, tələbələrdən Gündüz Cəlilov, Günel Bayramova və SevincRüstəmova üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərəkucaldılmasının tarixi dəyərlərindən danışıblar, bayrağımızla qürur duyduqlarınıbildiriblər.

Tədbirdə müstəqilAzərbaycanın iilk Konstitusiyasından da ətraflıdanışılıb. İctimai elmlər vəmultikulturalizm kafedrasının baş müəllimi Zümrüd Qəhrəmanova Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanınhazırlanması zərurətindən geniş məlumat verib. 

Tələbələrdən Orxan Muradzadə, Sevinc Abdullayeva və başqaları çıxışlarındabildirib ki, Müstəqil Azərbaycanın ilk Konstitusiyası AzərbaycanRespublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeniKonstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi