BDU-nun xanım tələbələri şantaj olunur - Şantaj edən kimdir?

BDU-nun xanım tələbələri şantaj olunur - Şantaj edən kimdir? + VİDEO

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, tələbələrin fotoları onların sosial şəbəkə hesablarından  götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb.

Naməlum şəxs onların  şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.

Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub: “Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.

İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.

“Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik gmaildir”, - deyə tələbə əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.

Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub: “Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil”.

Daha ətraflı İTV-nin süjetində:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi