Bəşər Əsədin sərvəti açıqlandı - Suriyanın 7 illik büdcəsinə bərabərdi...

Bəşər Əsədin sərvəti açıqlandı - Suriyanın 7 illik büdcəsinə bərabərdi... 

Noyabrın sonlarında müxalif qüvvələrin başlatdığı hərbi əməliyyatlar fonunda bir çox strateji bölgələrə nəzarəti itirən Suriya Prezidenti Bəşər Əsədin ölkədən qaçdığı ilə bağlı xəbərlər yayılıb.

Gerçəklik payı yüksək olduğu təxmin edilən bu xəbər Əsədin geridə qoyacağı sərvətin taleyi və bu sərvətin Suriyanın gələcəyində hansı rol oynayacağı məsələsini gündəmə gətirib.

Əsəd və ailəsi uzun illərdir öz sərvətini saxta şirkətlər və mürəkkəb mülkiyyət müqavilələri vasitəsilə gizlətməyi bacarsa da, onun xüsusilə İngiltərə, Rusiya, Dubay, Livan, Honq Konq kimi ölkələrdə daşınmaz əmlak və bank hesablarının olduğu bildirilir. Qeyd olunur ki, bu aktivlər Suriya iqtisadiyyatının böyük bir hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə olunur və Əsədin yaxın qohumlarının nəzarətindədir. Təxminlərə görə, Əsədin ümumi sərvəti Suriyanın 7 illik büdcəsinə bərabərdir.

Əsədin sərvətinin bir hissəsini oxuculara təqdim edirik:

- 5 milyard avro;

- 16 milyard dollar;

- 200 ton qızıl;

- Suriyanın neft ehtiyatlarından əldə edilən gəlirlər;

- Dəməşq və Latakiyadakı mülklər də daxil olmaqla, əvvəllər Suriyada və xaricdə əldə edilmiş mülklər;

- Atası Hafiz Əsəddən miras qalan sərvət (dəqiq rəqəm yoxdur);

- "Mercedes-Benz S-Class" (iş avtomobili);

- "BMW 7" seriyası;

- Hələpdə saray və s.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi