Biləsuvarda 3 uşaq atası intihar edib
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Amankənd kəndində qeydə alınıb.
Həmin kənd sakini, 1981-ci il təvəllüdlü Buludov İsaq Ədalət oğlu özünü asaraq intihar edib.
Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, İ.Buldov evli olub, 3 uşağı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın