Bir hücumda Rusiyanın 6 qırıcısı məhv edildi – Ukrayana Morozovsk aviabazasına zərbə endirdi

Bir hücumda Rusiyanın 6 qırıcısı məhv edildi – Ukrayana Morozovsk aviabazasına zərbə endirdi 

İkin məlumata görə, gecə saatlarında Ukrayna ordusunun Rusiyanın Morozovsk şəhərində yerləşən aviabazaya endirdiyi zərbə nəticəsində 6 qırıcısı (Su-34, Su-35) sıradan çıxarılıb.

Bu, son bir ayda Rusiya ərazisində məhv edilən 10-cü qırıcı təyyarədir. Onların sırasında dəyəri 250 milyon dollardan baha olan Su-57 çoxfunksiyalı qırıcı-bombardmaçı təyyarə də var.

Bundan başqa Ukrayna sərhədləri boyu, habelə Krımda yerləşən hava hücumundan müdafiə vasitələri də sıradan çıxarılıb. Ukrayna ordusunun məlumatına görə, bir neçə S-300 və S-400 zenit raket kompleksləri, radar stansiyaları məvh edilib.

Beləliklə, Ukrayna Silahlı Qüvvələri hərbi infrastruktur və logistikaya, iqtisadi kritik enerji infrastrukturuna zərbələrdə təşəbbüsü sürətlə ələ alır. Növbəti mərhələ F-16 qırıcıları vasitəsi ilə səmada üstünlüyü qazanmaqdır. Hərbi ekspertlər məhz buna görə son zamanlar rusiyalıların HHM sistemlərinə zərbələrin sayımın kəskin artırılmasına diqqət çəkirlər. Çünki güclü havadan müdafiə sistemləri F-16-ların rahat işləməsinə mane olacaq ən böyük təhlükə hesab olunur./Mənbə:AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər