Bir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyuldu

Bir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyuldu - FOTOLAR

Qənbərov Bilal Xanlar oğlu,Tağıyev Əli Aydın oğlu, Ağayev Cavidan Mirzağa oğlu,Hüseynov İsmayıl Şahvələd oğlu vətən üçün doğulmuşdular.

Dördü də yüksək amal və ideal sahibi idi.Yurd,vətən onların inanc,güvənc yeri idi. Bu inanc uğrunda qəvi düşmənə qarşı vuruşdular,ALLAHIN ən yüksək mərtəbəsinə - ŞƏHİDLİK zirvəsinə də birgə yüksəldilər.


44 gün sürən vətən müharibəsinə könüllü olaraq getmişdilər. Bir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular.Elə, II-ci Qarabağ müharibəsində şəhid olan bu vətən övladlarının şücaətini gələcək nəsillərə çatdırmaq,onların əbədi xatirəsinin məktəblilərin qəlbində daima yaşatmaq məqsədilə,19.02.2025-ci il tarixində Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə birgə büstləri qoyuldu.

ALLAH cəmi şəhidlərimizə rəhmət eləsin!


Faktinfo.az saytı xəbər verir ki,şəhidlərimizin büstlərinin açılış mərasimində Milli Məclisin deputatı,Elm və Təhsil Komitəsinin sədri,professor Anar İsgəndərov, III, IV və V çağırış Milli Məclisin deputatı seçilmiş, iqtisad elmləri doktoru,professor,Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Şəmsəddin Hacıyev,Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova,Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova,heykəltəraş Zamik Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı,YAP Səbail rayon təşkilatının fəal gənci Bəyim Nəbiyeva və digər şəxslər çıxış edərək,şəhidlərimizin vətən,torpaq, böyük amallar uğrunda canlarından keçmələrindən,özlərini bu yolda qurban verib, ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamalarından bəhs ediblər.


Açılış mərasimində iştirak edən şəhid anaları- Qənbərova Gültəkin İsgəndər qızı,Hüseynova Sona Mikayl qızı,Tağıyeva Təranə Əliabbas qızı,Ağayeva Gülnarə İsmayıl qızı övladlarının oxuduqları məktəbdə büstlərinin qoyulmasını yüksək qiymətləndiriblər.Həmçinin, şəhid anaları oğlanlarını gələcək nəsillərin tanıması,məktəblilərin daima onlarla qürur duyması,şəhidlərin əziz xatirəsinin məktəbdə həmişə yad edilməsi məqsədilə Milli Məclisin sabiq deputatı,iqtisad elmləri doktoru,professor,Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Şəmsəddin Hacıyevə müraciət etdiklərini,onun da şəxsi imkanı hesabına Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə şəhidlərin büstünün qoyulmasına göstərdiyi hərtərəfli dəstəyinə görə,təşəkkürlərini bildiriblər.

Faktinfo.az







Bir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyulduBir məhəllədə böyüyüb,eyni məktəbdə oxumuşdular... - Büstləri qoyuldu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi