
BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ELMİ-TƏDQİQAT İNSTİTUTUNDA 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLİB - FOTOLAR
Faktinfo.az xəbər verir ki,Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, elmi heyəti və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor İbrahim Cəfərov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib. Professor İbrahim Cəfərov "Şərəfli və Qürurlu Günümüz: 26 İyun Silahlı Qüvvələr Günü" mövzusunda etdiyi geniş məzmunlu məruzəsində bu əlamətdar tarixin dövlətçiliyimiz və milli mənliyimiz üçün daşıdığı ali mənadan bəhs edib. Natiq qeyd edib ki, güclü, rəşadətli və müasir standartlara cavab verən bir orduya sahib olmaq hər bir müstəqil dövlətin ən böyük strateji üstünlüyü, milli təhlükəsizliyinin sarsılmaz qalasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı tarixi, analoqu olmayan Zəfərlərin hər bir Azərbaycan vətəndaşının, o cümlədən elmi ictimaiyyətin fəxr mənbəyi olduğunu deyən direktor, bu gün müqəddəs üçrəngli bayrağımızın suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə — Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində əzəmətlə dalğandığını xüsusi qürur hissi ilə diqqətə çatdırıb. Professor öz nitqində maraqlı bir məqamı da vurğulayıb ki, qazanılan bu parlaq qələbələr təkcə cəbhədəki hərbi üstünlüyün deyil, eyni zamanda sarsılmaz milli iradənin, dövlət-xalq bütövlüyünün və hər bir vətəndaşın ürəyində daşıdığı sonsuz vətən sevgisinin vahid bir qüvvəyə — "Dəmir Yumruq" fəlsəfəsinə çevrilməsinin bariz nümunəsidir. Bu qüdrətli gün hər birimizə gələcəyə, dövlətimizin daha da çiçəklənməsinə və inkişafına daha böyük inamla, nikbinliklə baxmağa əsas verir.
Daha sonra mövzu ətrafında digər məruzəçilərin çıxışları dinlənilib. Nigar Qədimova Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğundakı tarixi xidmətlərindən və ordumuzun keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Vüqar Nəbiyev rəşadətli Azərbaycan əsgərinin döyüş meydanında nümayiş etdirdiyi yüksək sarsılmaz ruhdan, Xəyalə Abbasova isə zəfərimizin əsas rəmzlərindən olan xalq-ordu birliyindən və cəmiyyətin ordumuza olan sonsuz inamından danışıb. Gülcamal Ələsgərova ordumuzun bu gün malik olduğu müasir maddi-texniki bazanı və hərbi qüdrəti təhlil edib, Rumiyyə Məmmədrzayeva isə Azərbaycan əsgərinin vətən sevgisini uca tutaraq şəhidlərimizin keçdiyi qəhrəmanlıq məktəbinin gənc nəsil üçün ən böyük örnək olduğunu vurğulayıb.
Tədbirin rəsmi hissəsinin sonunda ordumuzun qüdrətini və əsgərlərimizin rəşadətini əks etdirən videoçarx nümayiş etdirilib.




















Bu xəbər üçün şərh yazın