Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildi

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildi -Mütəxəssisləri və fermerlər toplandı

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunda “Ölkəmiz üçün prioritet bitkilərin zərərli orqanizmlərdən mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

Faktinfo.az xəbər verir ki, seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin, Tərtər, Goranboy, Yevlax, Ağcabədi və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssisləri və fermerlər iştirak ediblər.

Tərtər DAİM-in direktoru Mehman Babayev açılış nitqi ilə çıxış edərək Tərtər rayonunda fermerlərin üzləşdiyi problemlər, problemlərin aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov bildirib ki, dünyada, əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, məhdud su ehtiyatları, təbii fəlakətlər bir sıra ölkələrdə əhalinin ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaradıb. Dünyada ərzaq təhlükəsizliyinin qlobal problemə çevrildiyi bir vaxtda ölkədə zərərli orqanizmlərin təsirindən baş verən məhsul itkisinin qarşısının alınması prioritet istiqamətə çevrilib. Vurğulanıb ki, bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edilməsində əsas faktorlardan biri, əkin və bağ sahələrində bitki sağlamlığına nail olunması, bitkilərin zərərli orqanizmlərin vura biləcəyi zərərlərdən qorunmasıdır. Bunun üçün zərərli orqanizmlərə qarşı ayrı-ayrılıqda deyil kompleks halda, bir birini tamamlayacaq şəkildə mübarizə tədbirləri aparılmalıdır. Direktor onu da qeyd edib ki, bütün bu problemlərin həlli istiqamətində alimlər fermerlərin yanında olmalı, onların problemlərini öyrənməlidir.

Sonra mütəxəssislər tərəfindən bitki mühafizəsi istiqamətində təqdimatlar olunub. Təqdimat zamanı fermerlərə pambıq bitkisinin becərmə texnologiyası, xəstəlik , zərərvericiləri,  meyvə, günəbaxan bitkilərinin  xəstəlik , zərərvericiləri və mübarizə tədbirlləri, həmçinin alaqlara  otlarına qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.

Seminar zamanı iştirakçıların sualları elmi üsullarla cavablandırılıb, müxtəlif yöndə maarifləndirici tövsiyyələrlə başa çatıb.

Faktinfo.az


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildiBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildiBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildiBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildiBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildiBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə seminar keçirildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi