
“BİZ İŞİMİZİ BİTİRƏNDƏ HAKİMİYYƏTİ ƏLƏ ALIN!” – Tramp İrandakı rejimin devriləcəyini elan etdi
"Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq".
Bunu ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciətində deyib.
Tramp xatırladıb ki, İranın proksi qüvvələri qonşu İraqda ABŞ əsgərlərini öldürüblər: “İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik. İran dünyada terrorizmin ən böyük sponsorudur”.
Tramp əlavə edib ki, İran rejimi danışıqlar masasında yalnız vaxt udmağa çalışıb: “Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər. Onların heç vaxt nüvə silahı olmayacaq. Bunu yenə deyirəm, onların heç vaxt nüvə silahı olmayacaq!…
Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum edə bilməsin. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmasın.
Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir. İran xalqına azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçədə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”./Azpolitika.info












Bu xəbər üçün şərh yazın