“BİZ QARABAĞı AZƏRBAYCANDAN QOPARA BİLMƏYƏCƏYİK!” -

“BİZ QARABAĞı AZƏRBAYCANDAN QOPARA BİLMƏYƏCƏYİK!” - “Praqaya sülh üçün gedirəm”

“Mən Praqaya sülh üçün gedirəm, orada Avropa siyasi ictimaiyyətinin sammitində iştirak edəcəyəm. Azərbaycan, Fransa, Avropa Şurası prezidentlərinin iştirakı ilə dördtərəfli görüş olacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Paşinyan sülh gündəliyinə sadiq olacaqlarını bildirib: “Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və son müsahibəmdə dediyim kimi, sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyət daşıyıram. Bu gündəliyi həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”.

“Ermənistan dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb və onun müəllifləri Vardan Oskanyan və Robert Köçəryan, Serj Sarkisyan və Edvard Nalbandyan hakimiyyətə gəlmək üçün bunu şərt kimi qəbul ediblər. Robert Köçəryan da 1998-ci ildə hakimiyyətə gəlmək üçün ilkin şərt kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırmışdı. Serj Sarkisyan masanın üzərinə kapitulyasiya kağızı qoyub getdi”- deyə,Paşinyan bildirib.

Paşinyan Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağını bildirib:“Ermənistan ətrafında vəziyyət gərgin olaraq qalır. Lakin biz danışıqlar prosesinin məzmunundan müəyyən imkanların yarandığını görürük. Ermənistan və Azərbaycanın 8 dekabr 1991-ci il tarixli saziş əsasında (Müstəqil Dövlətlər Birliyinin yaranmasını nəzərdə tutan 8 dekabr 1991-ci il sazişini nəzərdə tutur - res) bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı konsepsiyamızın tərəflər üçün məqbul ola biləcəyinə inanmaq üçün əsaslar var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi