“Bizdə olan məlumata görə, təyyarəni Rusiya vurub”

“Bizdə olan məlumata görə, təyyarəni Rusiya vurub” – Budanov

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib ki, Azərbaycanın sərnişin təyyarəsi Rusiya raketi ilə vurulub.

 Budanov “The War Zone” nəşrinə açıqlamasında belə deyib: “Bizdə olan məlumata görə, təyyarə Rusiya ərazisində Rusiyanın Pantsir-S1 zenit-raket kompleksi tərəfindən vurulub”.

Bir daha qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanda qəzaya uğrayıb. Dekabrın 26-da “Euronews” Azərbaycan hökumətindəki mənbələrə istinadla xəbər verib ki, Qroznı səmasında pilotsuz uçuş aparatlarının uçuşu zamanı təyyarə Rusiyanın yer-hava raketi ilə vurulub./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi