“Bizə heç bir aidiyyatı yoxdur...” - Qazaxıstan neytral qalmağa çalışır

“Bizə heç bir aidiyyatı yoxdur...” - Qazaxıstan neytral qalmağa çalışır 

"Rusiya ilə Ukrayna arasındakı münaqişənin Qazaxıstana heç bir aidiyyatı yoxdur. Biz tərəflərin heç birini dəstəkləmirik”. “

AzPolitika.info xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər nazirinin müavini Sultan Kemaletdinov jurnalistlərə açıqlamasında deyib.

Daha əvvəl Putinlə telefon danışığı olan Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayev də Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu söyləmişdi.

Lakin Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavini Alnur Musayev bildirib ki, Rusiya Qazaxıstana misli görünməmiş təzyiq edir ki, ölkə rəhbərliyi Rusiyanın tərəfini tutsun.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi