"Bizə sülhməramlılar lazım deyil" - "Əliyevin də qeyd etdiyi kimi..." -Simonyan
"Biz Ermənistan və Azərbaycan gündəmindən müharibə düşüncəsini çıxarmalıyıq".
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli jurnalistlərə açıqlamasında deyib.
Spiker Qazaxın işğal olunmuş kəndlərinin azad edilməsinə etiraz edən erməniləri və onları qızışdıran revanşist siyasi qüvvələri tənqid edib və bunun arxasında Rusiyanın durduğuna işarə edib: “İndi mən başa düşmək istəyirəm ki, onların hamısı (mitinq iştirakçıları - red.) müharibə zamanı nə edirdilər? Heç nə, amma indi boşboğazlıqla məşğuldurlar. İndi onlar üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldurlar ki, bu məsələləri həll edənlər ortaya çıxsın, sülhməramlılar peyda olsun. Bizə sülhməramlılar lazım deyil, sərhəd nəzarəti lazımdır.Mənim zəmanətim qanuni sərhəddir ki, Azərbaycan sərhədin bu hissəsini tanıyıb. Dünyada heç kim daha etibarlı zəmanət yaratmayıb.
Reallıq budur ki, Azərbaycanın və Ermənistanın, Əliyevin də qeyd etdiyi kimi, mübahisəsiz sərhəd hissəsi var...
Bu proseslərdən divident almağa çalışanlar uğur qazana bilməyəcəklər, onlar uduzanlardır. Onların cəmiyyətə deyəcəkləri yoxdur, dedikləri də kənardan diktə olunur. Ermənistan vətəndaşları bunu çox gözəl başa düşürlər. “Beşinci kolon” olan təxribatçılar insanların emosiyaları ilə oynamağa çalışırlar. Bunlar hakimiyyəti itirmiş, indi təxribat təşkil etməyə çalışan insanlardır"./Azpolitika.info
Bu xəbər üçün şərh yazın