"Bölgələrdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir"

"Bölgələrdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir" - Deputat

Dövlət yeni iş yerlərinin açılması istiqamətində bir çox işlər görsə də, yerlərdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir.

Report.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva deyib.

O bildirib ki, vətəndaş dövlət qurumlarının qapısı arasında sanki yol ölçür: "Nəhayətində də bizdən kömək istəyir. Ona görə də məşğulluq məsələsinin koordinasiya edilməsi mühüm məsələdir. Bölgələrdən mərkəzə gəldikdə sanki bir qopuqluq var. Vətəndaşla qurum arasında körpü rolunu oynamağa çalışsaq da, bizə verilən cavablar formal olur. Vətəndaşı da işlə təmin etmək qeyri-mümkün olur. Bu kimi məsələlərin dinləmədə nəzərə alınması yaxşı olardı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər