
Bratislavada 50 min insan etiraza qalxdı
Slovakiyanın paytaxtı Bratislavada hökumət əleyhinə kütləvi mitinq keçirilib.
Axar.az-ın “Dennikn” xəbər portalına istinadən məlumatına görə, mitinqdə 50 min nəfər iştirak edib.
Etirazçılar baş nazir Robert Fitso hökumətinin ünvanına tənqidi şüarlar səsləndirib və kabinetin istefasını tələb ediblər.
Məlumata görə, hökumət əleyhinə etirazlar Slovakiyanın digər şəhərlərində də keçirilib. Koşitsedə etirazlarda 20 min nəfər iştirak edib.
Mitinqlə ölkənin müxalif liberal partiyaları tərəfindən təşkil edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın