"Bu da təriflədikləri "qeyri-neft" sektoru..." -

"Bu da təriflədikləri "qeyri-neft" sektoru..." - REAKSİYA

"Azərbaycan 2026-cı ilin yanvar–oktyabr aylarında Çindən 3 mlrd. 782 mln. dollarlıq mal/məhsul alıb - Çinə cəmi 89 mln. dollarlıq mal satıb. Eyni dövrdə ABŞ -dan 722 mln. dollarlıq mal almışıq, 107 mln. dollarlıq mal satmışıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Bunları anladım, böyük ölkələrdir, amma, məsələn, Belarusdan 345 mln. dollarlıq mal almışıq, cəmi 64 mln. dollarlıq mal satmışıq, və ya, İrandan 498 mln. dollarlıq mal almışıq, amma cəmi 26 mln. dollarlıq mal satmışıq.

Yəni, qonşu ölkələr bizdən neft/qaz almırsa, həmən ticarət balansının mənfi saldosu artır, Belarusa, İrana belə mal sata bilmirik, amma ordan ərzaq daxil hər şey alırıq.

Bu da təriflədikləri "qeyri-neft" sektoru..."

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪