Bu dairədən Azər Əmiraslanovun deputat seçiləcəyi gözləniləndi

Bu dairədən Azər Əmiraslanovun deputat seçiləcəyi gözləniləndi 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin ötən gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı siyahıda Milli Məclisin VI çağırış deputatı olmuş Nizami Cəfərovun adının yer almaması və onun siyahıda 108 saylı Ağstafa Seçki Dairəsindən Kərimov Gülgün Kərim oğlu ilə əvəzlənməsi ilkin olaraq suallar doğurdu.

Bu anlamda ehtimal üzəridə dayanmamaq,Gülgün Kərimovun deputat seçiləcəyini proqnozlaşdırmaq  ağlabatan görünmürdü. Ehtimal olunurdu ki,qarşıdakı günlərdə 108 saylı dairədən seçilmək imkanı olan digər şəxs namizədliyini irəli sürəcək.Yəni,Gülgün Kərimov prinsipial namizəd kimi qəbul edilmirdi,sözügedən dairədən seçilmək imkanı yüksək faiz olan digər müstəqil şəxsin,namizədliyini irəli sürəcəyi 100 faiz təxmin edilirdi.

Elə də oldu,Prezidentin sabiq köməkçisi,Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov 108 saylı Ağstafa  Seçki Dairəsindən namizədliyini irəli sürdü.Bu dairədən Azər Əmiraslanovun deputat seçiləcəyi  gözləniləndi.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi