Bu iki ölkə ittifaq qurdu - Putinin sualtı qayıqlarına qarşı

Bu iki ölkə ittifaq qurdu - Putinin sualtı qayıqlarına qarşı 

İngiltərə və Norveç Rusiya sualtı qayıqlarını izləmək və Baltik dənizində yerləşən sualtı kabelləri qorumaq üçün tarixi bir hərbi ittifaq qurub.

Razılaşmaya əsasən, iki ölkə 13 hərbi gəmi ilə bölgədə daimi patrul xidməti həyata keçirəcək. Gəmilərdən 8-i İngiltərə donanmasına məxsusdur. İngiltərənin Baş naziri Kir Starmer imzalanan sənədi “tarixi anlaşma” adlandırıb və bunun “yeni bir dövrün başlanğıcı” olduğunu bildirib.

Qeyd olunur ki, son aylarda Rusiyanın Avropa sahillərindəki hərbi fəaliyyəti 30% artıb. NATO bu vəziyyəti Qərb infrastrukturuna yönəlmiş ən aktiv təhdid kimi qiymətləndirir. Həmçinin bundan əvvəl Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na aid kommersiya tankerlərinin İsveç və Litva arasındakı kritik sualtı kabelləri zədələdiyi iddia olunmuşdu.

Baltik dənizindəki sualtı kabellər Avropanın internet və enerji əlaqələrinin ən həssas nöqtələri hesab olunur. Eyni zamanda, Rusiya nüvə sualtı qaynaqlarının bölgədə artan hərəkətliliyi də ciddi təhlükə kimi dəyərləndirilir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi