Bu küçədə qanunsuz tikinti,səkinin bir hissəsi zəbt olundu - Nəsimi RİH hara baxır? —YENİLƏNİB

Bu küçədə qanunsuz tikinti,səkinin bir hissəsi zəbt olundu - Nəsimi RİH hara baxır? —YENİLƏNİB -FOTOLAR

Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən yeni tikili binanın qarşısında qanunsuz olaraq əlavə tikinti işləri görülür.

Demokrat.az xəbər verir ki, qanunsuz tikinti piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt olunmasına səbəb olub. 

Ərazidən görüntüləri təqdim edirik:


***

Bakının Nəsimi rayonunda piyadalar üçün nəzərdə tutulmuş səki sahəsində quraşdırılan pilləkən qəfəsəsi sökülüb.

Bu barədə Demokrat.a-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.
 
Oktyabrın 31-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova küçəsinə baxış keçirilib və ərazidəki yaşayış binasının alt hissəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında layihədən kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub.

Faktla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq, pilləkənin söküntüsü təmin edilib.

Xatırladaq ki, sözügedən ərazidə səkinin qanunsuz zəbt olunması barədə xəbəri Demokrat.az yaymışdı.

Bu küçədə qanunsuz tikinti,səkinin bir hissəsi zəbt olundu - Nəsimi RİH hara baxır? —YENİLƏNİB
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi