"Bu mühairbə Rusiyaya ucuza başa gəlməyəcək" - "Milyarderlər dayanmağı tələb edir..."
"Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib.
Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə bu rubl üçün sonuncu dayanacaq olmayacaq".
AzPolitika.info xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov "Facebook" hesabında yazıb.
"Digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Artıq, demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər",-iqtisadçı vurğulayıb.
Millət vəkili əlavə edib ki, Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir.
Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər: "Savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir. Görünən odur ki, bu mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır".
Bu xəbər üçün şərh yazın