Bu ölkədə “meymunçiçəyi”ndən ölənlərin sayı sürətlə artır – Epidemiyanın güclənəcəyi deyilir

Bu ölkədə “meymunçiçəyi”ndən ölənlərin sayı sürətlə artır – Epidemiyanın güclənəcəyi deyilir 

Konqo Demokratik Respublikasında “meymunçiçəyi” virusundan ölənlərin sayında böyük artım qeydə alınıb.

Azpolitika.info xəbər verir ki, son açıqlanan məlumata görə, Konqoda daha 35 nəfər “meymunçiçəyi”ndən dünyasını dəyişib. Açıqlamada ilin əvvəlindən bəri epidemiyadan ölənlərin sayının 610-a çatdığı, şübhəli halların sayının isə 18 minə yaxınlaşdığı bildirilib. Qeyd olunub ki, virusa yoluxanların 75 faizi 10 yaşından kiçik uşaqlardır.

Məktəblərin açılması ilə birlikdə epidemiyanın gücləcəyi biləcəyi qeyd edilir.

Qeyd edək ki, sözügedən virus siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın yayılması ilə nəticələnən ən mühüm səbəblərdir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi