"...bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm"

"...bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm" -Fəlsəfə doktorundan ağır sözlər

Təhsil İnstitunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) tutduğu vəzifədən istefa verib.

Faktinfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib

Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib: “İstefa verdim. İdarəetməsi, elmi sıfır olan, xalqa sədaqəti olmayan insanlarla işləməkdən yoruldum. Məruz qaldığım bütün təzyiqləri, gördüyüm qanunsuzluqları zamanla hər kəs biləcək! Hələ bu harasıdır?... İtirən sizsiniz. Mənim deyil, ölkənin dərdini çəkmək lazımdır.

Bunlarla işləmək mümkün deyil, yalnız vuruşmaq olar. İllərlə bunu etdim, indi ən azı, İlahi ədalətə tapşırıb, gedirəm. Allah nəyə layiqdirlərsə, onunla qarşılasın əməllərini”.

O, istefasının səbəbini belə açıqlayıb: “Mafiya (şəbəkə) qalib gəldi. Bunlar sizin idarəçiləriniz, bu da siz. Sağlıqla qalın. Mən çox dedim, siz ayılmadınız. Yuxunuz şirin olsun, mən getdim.

Mən bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm və tab gətirmədim, axırda məni uzaqlaşdırdılar. Bunlar - mafiya cəhənnəm. Çoxlarının leşə daraşmış quzğun kimi ordan-burdan dimdik atıb, bir az qənimət ələ keçirmək istəkləri lap iyrəndirdi məni. Nə simasız adamlara çevrildiniz?! Azərbaycan təhsilini pula satdiniz! Allah bir gün hamınızı çox ağır cəzalandıracaq, qarğa-quzğun sürüsü”. 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi