"Bu qanunun qəbulu Gürcüstanın Aİ-ə üzv olmasına əngəl törədəcək" - İsveç XİN
Gürcüstanda "Xarici agentlər" haqqında qanun layihəsinin qəbulu ölkənin Avropa İttifaqına daxil olmasına əngəl törədəcək.
Report.az-ın Gürcüstan bürosu xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström bildirib.
Nazirin sözlərinə görə, namizəd statusu Gürcüstan üçün tarixi fürsətdir: "Aİ Gürcüstana namizəd statusu verməklə gürcü xalqının Avropa istəklərini dəstəklədiyini göstərdi. Canlı və müstəqil vətəndaş cəmiyyəti Gürcüstanın Avropa İttifaqına doğru irəliləməsində mühüm rol oynayır".
Billström deyib ki, İsveç Gürcüstandakı etirazları diqqətlə izləyir və dinc nümayişçilərə qarşı zorakılığı pisləyir: "Sərbəst toplaşmaq azadlığına hörmət edilməlidir".
Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın