
"Bu, səhvdir" - Merts də ABŞ-nin qərarına qarşı çıxdı
Almaniya kansleri Fridrix Merts ABŞ-nin Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına qarşı çıxıb.
Kansler Merts jurnalistlərə açıqalmasında neftin bahalaşması fonunda ABŞ tərəfindən Rusiya neftinin satışına icazə verilməsinin səhv addım olduğunu bəyan edib.
"ABŞ-nin Rusiya sanksiyalarına dair qərarı barədə yalnız bu səhər məlumat əldə etmişik", - deyə Merts bildirib.
İrandakı vəziyyətlə bağlı sualları cavablandıran kansler münaqişənin sona çatması strategiyası ilə bağlı aydınlığın olmadığını bildirib: "Bu müharibə nə vaxt və hansı strategiya ilə bitəcək? Bu suallar cavabsız qalır".
Buna görə də Kanslerin dediyinə görə, Almaniya dəniz yollarının qorunmasında iştirak etmək üçün heç bir səbəb görmür.
“Almaniya bu müharibənin bir hissəsi deyil və olmaq istəmir. Bütün səylərimiz müharibənin sona çatmasına yönəlib", - deyə o, fikrini yekunlaşdırıb./Azpolitika.info












Bu xəbər üçün şərh yazın