Bu, Türkiyəni bölmə əməliyyatı idi - Perinçək
Türkiyə qalası təslim olmaz. Bu, bir daha isbat edildi, amma qurulan tələ bunun üçün idi.
Faktinfo.az xəbər verir ki,bu açıqlama ilə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək çıxış edib.
O deyib ki, Türkiyə Suriyanın İdlib şəhərində çox ciddi bir vəziyyətlə qarşılaşdı, 15 iyulda reallaşdıra bilmədiklərini etmək istədilər:
"Necə bir hiylə qurdular: Türkiyəni həm daxildə, həm də xaricdə yalnız buraxmaq, dostlarıyla qarşı-qarşıya gətirmək istədilər. Bu, Türkiyəni beynəlxalq müttəfiqlərindən qoparma əməliyyatı idi. Eyni zamanda daxili cəbhədə Türkiyəni bölmə əməliyyatı idi. Türkiyə bu tələyə düşmədi. Hörmətli Prezidentimizin dözümlü yanaşması ilə Türkiyə bu tələyə düşmədi. Çünki pusquda gözləyənlər var"./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın