“Bu, utancvericidir” - Conson Şolts-Putin danışıqlarına qarşıdır

“Bu, utancvericidir” - Conson Şolts-Putin danışıqlarına qarşıdır 

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsun Vladimir Putinə zəng etməsini sərt tənqid edib.

Conson işğalçı dövlətlə bu cür təslimçi əlaqələri uitancverici adlandırıb.

Onun fikrincə, belə danışıqlar “gerçəkliyin utanc verici təhrifidir”. Conson “Ukraynanın mövqeyinin genişmiqyaslı və sürətlə gücləndirilməsini” təklif edib: "Biz Rusiya və Ukraynanı daxili münaqişənin bərabərhüquqlu iştirakçıları kimi qəbul edən dəhşətli Franko-Alman “Normandiya format”na qayıtmaq riski ilə üzləşirik".

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Şoltsu Putinə zəng etdiyi üçün tənqid edib və Ukarynanın növbəti “Minsk-3” sazişinə getməyəcəyini deyib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər